Beynəlxalq Paralimpiya Federasiyasının prezidenti Bakıya gəlir

Beynəlxalq Paralimpiya Federasiyasının prezidenti Bakıya gəlir
# 03 avqust 2010 10:58 (UTC +04:00)
Bakı – APA. Bu gün cüdo üzrə Beynəlxaq Paralimpiya Federasiyasının prezidenti Jan Klod Prier Azərbaycana gəlir. Apasport.az saytının məlumatına görə, səfərdə əsas məqsəd bu ilin oktyabrında paytaxtımızda keçiriləcək “Çağırış kuboku”na (Call Cup) hazırlıqla tanış olmaqdır.

Prier, həmçinin Bakıda Azərbaycan Paralimpiya Komitəsinin prezidenti, yarışın Təşkilat Komitəsinin üzvləri ilə görüşəcək. O, bundan sonra “Çağırış kuboku”nun təşkil ediləcəyi yerlə tanış olacaq.

Qeyd edək ki, 3 gün Azərbaycanda işgüzar səfərdə olacaq federasiyası prezidenti Paralimpiya Kompleksində məşqçi və idmançılarla da fikir mübadiləsi aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR