Binə qəsəbəsində yeni idman zalı istifadəyə verilib

Binə qəsəbəsində yeni idman zalı istifadəyə verilib
# 06 iyun 2011 13:22 (UTC +04:00)
Bakı – APA. Bu gün Binə qəsəbəsində yeni idman zalının açılışı olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, tikintisinə 2007-ci ildən başlanılan Binə İdman Zalı “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”na əsasən inşa edilib.

İkimərtəbəli idman zalında güləş zalı, 2 ədəd soyunub geyinmə otağı, 2 ədəd duş kabinəsi, vestibül, texniki otaq, məşqçi otağı, müdiriyyət otağı, işçi otağı və həkim otağı, sanitar qovşaqları var.

Qeyd edək ki, iyunun 1-də Balaxanı qəsəbəsində də yeni idman zalı istifadəyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR