AMADA-nın direktoru: “Əsas vəzifəmiz ölkəmizin idman nüfuzunu qorumaqdır”

AMADA-nın direktoru: “Əsas vəzifəmiz ölkəmizin idman nüfuzunu qorumaqdır”
# 25 iyun 2021 11:16 (UTC +04:00)

“Bugünkü görüş Tokioda ölkəmizi təmsil edəcək heyətin hazırlığı baxımından çox əhəmiyyətlidir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli deyib.

O, Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr olunan tədbirdə ölkəmizdə idman tədbirlərinə böyük önəm verildiyini söyləyib: “Bizim əsas vəzifəmiz ölkəmizin idman nüfuzunu qorumaqdır. Pandemiya şəraitində bir çox dəyişikliklər edilib. Dopinq nəzarətində də dəyişiklik olacaq. Riodakı Olimpiadada müşahidə olunmuşdu ki, təqribən 6-7 ay idmançılar dopinq testdən keçməyib. Federasiya nümayəndələri və idmançılar bilirlər ki, artıq dəfələrlər testlər aparılıb. Bundan sonra da olacaq. İdmançılarımız təmiz mühitdə yarışa biləcəklər. VADA-nın platformasını da tərcümə edib istifadəyə vermişik. Bu, idmançı və məşqçi heyəti üçün mütləqdir”.

Hüseynli əlavə edib ki, idmançıların dopinqlə bağlı bütün sualları anında cavablandırılır.

Tədbirdə bildirilib ki, idmançılar yarış zamanı hansı maddələrdən istifadə etdikləri barədə diqqətli olmalıdırlar. Həmçinin vurğulanıb ki, artıq maye qəbul etmək müəyyən sanksiyalara yol aça bilər.

18 yaşadək idmançıların dopinq testi zamanı yanlarında mütləq bir nümayəndənin olması federasiyalara tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR