Azərbaycanlı boks hakimi və həkimi Tokio-2020-yə dəvət alıblar

Azərbaycanlı boks hakimi və həkimi Tokio-2020-yə dəvət alıblar
# 22 iyul 2021 11:21 (UTC +04:00)

Beynəlxalq Olimpiya Komitəsi (BOK) azərbaycanlı hakim və həkimə etimad göstərib. 

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, BOK 2 həmyerlimizi Tokio Yay Olimpiya Oyunlarına dəvət edib. 

İyulun 24-dən avqustun 8-dək “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək boks yarışlarında ədaləti qoruyacaq referilər arasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da olacaq. 

Olimpiadanın boks yarışlarında isə Leyla Nəsirova həkim kimi çalışacaq. 

Qeyd edək ki, yığmamız Tokio-2020-də 5 boksçu ilə mübarizə aparacaq. Ölkəmizin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaqlar. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR