Samoa yığması Tokio-2020-də ölkə xaricində yaşayan idmançılarla təmsil olunacaq

Samoa yığması Tokio-2020-də ölkə xaricində yaşayan idmançılarla təmsil olunacaq
# 01 iyul 2021 09:46 (UTC +04:00)

Samoa yığması Tokio Yay Olimpiya Oyunlarında ölkə xaricində yaşayan idmançılarla təmsil olunacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.

Belə qərar qəbul edilməsini Samoa Olimpiya Komitəsinin prezidenti Patrik Fepuleai açıqlayıb.

O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında Sakit okeandakı ada dövlətini ölkədən kənarda yaşayan və məşq keçənlər təmsil edəcək. Fepuleainin sözlərinə görə, Samoa hökumətin qərarına əsasən yığma Olimpiadaya getməyəcək. Tokioya lisenziya qazanan 11 idmançıdan yalnız üçü – ağırlıqqaldıranlar Samoada yaşayır və məşq edir: “Digərləri Avstraliya, Yeni Zelandiya, ABŞ və Yaponiyada məskunlaşıb. Samoa Olimpiya Oyunlarında xaricdə yaşayan və məşq keçənlərlə təmsil olunacaq”.

O qeyd edib ki, Olimpiya Komitəsi və ağırlıqqaldırma federasiyası hökumətin ölkəni koronavirusun yeni mutasiyasından qorumaq üçün zəruri və məntiqli olan qərarına anlayışla yanaşır. Bu üzdən də ağırlıqqaldırma yığması Olimpiadada iştirakdan geri çəkilib.

Qeyd edək ki, Tokio-2020 iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR