“Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər”.
APA-nın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Hadrut əməliyyatının əhəmiyyəti barədə söhbətini davam etdirərkən söyləyib.
Prezident deyib ki, hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi: “Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik”.
Azərbaycan Prezidenti: "Biz Hadrut əməliyyatını keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik"
© APA | Prezident İlham Əliyev, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüş
10 oktyabr 2021 12:20 (UTC +04:00)
Rəsmi xəbər
Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib - FOTO
22:55
10 may 2024
Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - YENİLƏNİB
22:50
10 may 2024
Prezident və birinci xanım Şuşada birinci yaşayış kompleksinin açılışında şəhərə köçmüş ilk sakinlərlə görüşüblər - YENİLƏNİB-1
22:43
10 may 2024
Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - FOTO - YENİLƏNİB
21:23
10 may 2024