Azərbaycan Prezidenti: Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin

İlham Əliyev, Azərbaycan Prezidenti

© APA | İlham Əliyev, Azərbaycan Prezidenti

# 17 oktyabr 2021 18:22 (UTC +04:00)

"1991-ci ilin yazında Sovet İttifaqının saxlanmasına dair referendumda ovaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdıraraq Sovet İttifaqının saxlanmasına səs verdi".

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.“Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?”, - deyə dövlətimizin başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR