Çex Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Çex Respublikasının Prezidenti Miloş Zeman 

© APA | Çex Respublikasının Prezidenti Miloş Zeman 

# 26 may 2021 21:12 (UTC +04:00)

Çex Respublikasının Prezidenti Miloş Zeman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi və xalqınızı milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Təsadüfi deyil ki, bəzi Qərb ölkələrindən onilliklər əvvəl qadınlara səsvermə hüququ verən ölkəniz müsəlman dünyasında ilk demokratik və dünyəvi respublikanın elan olunmasının ildönümünü özünün Milli Günü kimi seçdi. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri bütün dünyada hörmətə layiqdir. Təəssüf ki, eyni ildə köhnə dünyanın xarabalıqları üzərində qurulan Çexoslovakiyadan fərqli olaraq, o dövr dünyasının sərt reallıqlarında Azərbaycan Xalq Cümhuriyyətinə müstəqilliyini qorumaq nəsib olmadı.

Sizə və bütün həmvətənlərinizə səmimi qəlbdən arzu edirəm ki, XXI əsrin üçüncü onilliyində ölkəniz bütün qonşuları ilə sülh şəraitində yaşayan, azad, müstəqil və firavan dövlət olaraq müasir Azərbaycanın müstəqilliyini quranların ümid və arzularına uyğun inkişaf etsin.

İcazə verin, fürsətdən istifadə edərək Sizi əmin edim ki, Çex Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirirəm. Ümid edirəm, bu münasibətlər daha da inkişaf edəcək. Mən ölkələrimiz arasındakı əlaqələrin davamlı olaraq dərinləşməsinə və inkişafına böyük əhəmiyyət verirəm.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR