Dövlət başçısı: “Azərbaycan və Türkiyə bayraqlarının bu gün Şuşada dalğalanması bizim birliyimizi göstərir”

Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada mətbuat konfransı

© APA | Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada mətbuat konfransı

# 15 iyun 2021 17:51 (UTC +04:00)

“Şuşa şəhəri işğaldan keçən ilin noyabrın 8-də qurtarılıb. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayaları görərkən görür ki, bu alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edirdi”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirilən mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı: “Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. O, həm bizi ruhlandırdı, eyni zamanda bütün müdaxilə etmək fikrində olan qüvvələri, dairələri durdu, dayandırdı. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır. Müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verdi. Bu siyasi və mənəvi dəstək bizi ruhlandırırdı. Türkiyənin bütün yerlərindən gələn mesajlar, gələn təbriklər, gələn dəstək, dayanışma, həmrəylik ifadələri bir daha bütün dünyaya bizim birliyimizi nümayiş etdirmişdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR