Dövlət başçısı: “Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 oktyabr 2021 12:15 (UTC +04:00)

“Bu da qədim alban kilsəsidir. Görün, ermənilər bu kilsəni nə günə salıblar. Sonra da deyəcəklər ki, guya bu, erməni kilsəsidir. Erməni kilsəsi olsaydı, bu günə salardılar?! Tarixi abidə kimi qorunacaq. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur”.

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Tərtər rayonunun Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi kilsəsində olarkən deyib.

Dövlət başçısı bildirib ki, bütün dini konfessiyaların abidələri bundan sonra da qorunacaq: “Biz bu qədim alban kilsəsini də bərpa edəcəyik. Ermənilər 30 il ərzində bu bölgəni ancaq dağıdıblar. Bütün dünya da görsün ki, ermənilər alban kilsəsini nə günə qoyublar”.

Dövlət başçısı daha sonar kənddəki rus-pravoslav kilsəsində olub.

Prezident İlham Əliyev deyib: “Bu da Talış kəndində yerləşən rus-pravoslav kilsəsidir. Bunu da ermənilər dağıdıblar. Görün, nə gündədir, daşları da söküblər, divarları da söküblər. İndiki vəziyyəti bax, budur. Biz bu kilsəni də bərpa edəcəyik, təmir edəcəyik. Ermənilərdən fərqli olaraq biz bütün dini abidələrə hörmətlə yanaşırıq.

Bu binalar isə onların hərbi hissəsi olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR