Kot-d’İvuarın Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Kot-d’İvuar Prezidenti Alassane Uattara

© APA | Kot-d’İvuar Prezidenti Alassane Uattara

# 03 iyun 2021 14:44 (UTC +04:00)

Kot-d’İvuar Respublikasının Prezidenti Alassane Uattara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Kot-d’İvuar hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə sülh, həmrəylik və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək xalqlarımızın firavanlığı naminə iki ölkənin uğurla davam etdirdiyi dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək niyyətində olduğumu bir daha məmnunluqla qeyd edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR