Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan

© APA | İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan

# 19 oktyabr 2021 18:49 (UTC +04:00)

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR