Prezident: “Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq”

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Prezident İlham Əliyev

© APA | BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Prezident İlham Əliyev

# 24 avqust 2021 15:11 (UTC +04:00)

"BMT-nin digər təsisatları ilə daimi təmasdayıq".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyevanı qəbul edərkən deyib.

"Bizə ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərdən geniş beynəlxalq iştirak və yardım lazım olacaq. Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur və əlbəttə ki, biz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə təmasdayıq. Mümkün olan ən qısa müddətdə bütün keçmiş məcburi köçkünləri orada yenidən məskunlaşdırmağı planlaşdırırıq, amma əsas problem mina və hər yerin tamamilə dağıdılıb, viran qoyulmasıdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır. Bakıdakı nümayəndəliyinizin bu işə fəal cəlb olunacağına güvənirik”, - deyə dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR