“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının tərkibi təsdiqlənib

“Təmiz Şəhər” ASC-nin Müşahidə Şurasının tərkibi təsdiqlənib
# 22 sentyabr 2021 16:46 (UTC +04:00)

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, “Təmiz Şəhər” ASC-nin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib.
Müşahidə Şurasının sədri
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Müşahidə Şurasının üzvləri
Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri
Anar Novruzov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.
Müəyyən edilib ki:
- Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;
- Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
- Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
- Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;
- aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
- mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
- Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
- Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
- Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
- bu Sərəncam nəzərə alınmaqla, Mülki Məcəllə, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR