Tunis Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tunis Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
# 31 may 2021 16:06 (UTC +04:00)

Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək qardaş xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək üçün Sizinlə birgə işləməyə sadiq olduğumuzu bir daha təsdiq edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR