Azərbaycan şirkətləri Rusiya bazarına dəyəri 10 mln. manatdan çox məhsul ixrac ediblər

Azərbaycan şirkətləri Rusiya bazarına dəyəri 10 mln. manatdan çox məhsul ixrac ediblər
# 24 avqust 2020 13:42 (UTC +04:00)

Azərbaycan şirkətləri Rusiya bazarına bu ilin əvvəlindən dəyəri 10 mln. manatdan çox məhsul ixrac ediblər. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, məhsul tədarükü 10-14 fevral tarixlərində Moskvada keçirilən “Prodexpo 2020” sərgisində 14 mln. manat dəyərində imzalanan müqavilə çərçivəsində həyata keçirilib.

Müqaviləyə əsasən Azərbaycan şirkətləri Rusiya bazarına müxtəlif növ meyvə-tərəvəz, meyvə şirələri və konsentratları, şərab və digər spirtli içkilər, fındıq ləpəsi və digər məhsullar ixrac ediblər.

Qeyri-neft məhsullarının ixracının artırılması, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdiriləcək. Belə ki, COVID-19 pandemiyasından irəli gələn məhdudiyyətlərdən asılı olaraq ilin sonunadək bir neçə beynəlxalq sərgidə iştirak nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR