Azərbaycanda maliyyə faəliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı artıb

Azərbaycanda maliyyə faəliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı artıb
# 25 yanvar 2020 12:25 (UTC +04:00)

Azərbaycanda maliyyə fəaliyyəti üzrə qeydiyyatdan keçən fərdi sahibkarların sayı illik 38% artaraq cari il yanvarın 1-nə 2517 nəfərə çatıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ölkə üzrə cəmi sahibkarların 0,3%-i deməkdir. Maliyyə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların 77%-ni kişilər təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 914 mini keçib. Rəsmi statistikaya əsasən hesabat dövründə hər doqquz fərdi sahibkardan yeddisi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR