Orta sahibkarlıq subyektlərinə dair yeni tələb müəyyənləşib

Orta sahibkarlıq subyektlərinə dair yeni tələb müəyyənləşib
# 22 dekabr 2020 11:29 (UTC +04:00)

Orta sahibkarlıq subyektlərinin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

APA-nın məlumatına görə, bu Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, əvvəlki qanuna görə, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar. Dəyişikliyə əsasən, bu sıraya orta sahibkarlıq subyektləri də əlavə edilir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR