Azərbaycanda pivəlik xammal idxalı əhəmiyyətli dərəcədə azaldılacaq

Azərbaycanda pivəlik xammal idxalı əhəmiyyətli dərəcədə azaldılacaq
# 18 may 2021 18:01 (UTC +04:00)

2025-ci ilədək Azərbaycanda pivəlik arpanın istehsalını dəstəkləməklə xammal idxalını əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tutur.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik etdiyi qurumla “Carlsberg Azerbaijan” arasında Anlaşma Memorandumunun imzalama mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bununla yanaşı Memorandum bir sıra məqsədləri hədəfləyir ki, onların sırasına istehsalın genişləndirilməsi və lokallaşdırılması ixrac imkanlarını artıracaq, məşğulluğa töhfə verəcək.

“İqtisadiyyat Nazirliyi ixraca dəstək mexanizmləri çərçivəsində qarşılıqlı əməkdaşlıq etməklə şirkətin ixrac potensialının artırılmasına dəstək verməyə hazırdır. Bu əməkdaşlıq “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabət qabiliyyətliliyinin təmin olunmasına xidmət edəcək”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, sənədə uyğun olaraq, “Carlsberg Azerbaijan” şirkəti xammal bazasının lokallaşdırılmasına, müəssisənin modernləşdirilməsinə, itkilərin azaldılmasına və iş yerlərində təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə, ölkədə istehsal olunan pivənin ixracına, eləcə də 2021-2025-ci illərdə istehsalın inkişafına yönələn kommersiya layihələrinə 25 mln. manatdan çox sərmayə yatırmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR