Azərbaycan iş adamları İstanbulda keçiriləcək sərgiyə dəvət olunublar

Azərbaycan iş adamları İstanbulda keçiriləcək sərgiyə dəvət olunublar
# 31 iyul 2008 13:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu il oktyabrın 20-24-də Türkiyənin İstanbul şəhərində “12. Uluslararası İş Forumu (İBF) Kongresi” və “12.MUSİAD Uluslararası Ticarət Fuarı” təşkil olunacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan Sahibkarlar Konfederasiyasından məlumat verilib. Sərgidə tekstil, qida və qida məhsulları, içkilər, dəri və dəri məmulatları, ayaqqabı, geyim, xalça, qablaşdırma və qablaşdırma avadanlıqları, mebel və dekorasiya, inşaat, mərmər və qranit, isitmə sistemləri, plastik və plastik məmulatlar, elektrik avadanlıqları, kompüter və kompüter avadanlıqları və s. sahələr üzrə məhsullar nümayiş olunacaq. Bu sahədə fəaliyyət göstərən Azərbaycan iş adamları da sərgidə iştirak etmək üçün dəvət olunurlar. Sərgidə iştirak üçün qeydiyyatın son müddəti avqust ayının 6-dır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR