Lənkəranda sahibkarlar üçün seminar keçirilib

Lənkəranda sahibkarlar üçün seminar keçirilib
# 06 avqust 2008 19:18 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) maliyyə dəstəyi və İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Özəl sektorun inkişafı proqramı çərçivəsində cənub regionunun iqtisadi perspektivləri” mövzusunda seminar keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, GTZ-in bölgədəki qrupunun rəhbəri Keti Brekin təmsil etdiyi təşkilatın özəl sektorun inkişafı ilə bağlı həyata keçirdiyi layihələr barədə danışıb. Onun sözlərinə görə, bu layihələr biznes mühitinin və prosedurlarının təkmilləşdirilməsi, sahibkarlıq əlaqələrinin inkişaf etdirilməsi, standartlaşdırma və ümumilikdə regionda azad iqtisadi şəraitin formalaşdırılması məsələlərini əhatə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR