Azərbaycan sahibkarları oktyabrda Türkiyəda keçiriləcək sərgilərdə iştirak edəcəklər

Azərbaycan sahibkarları oktyabrda Türkiyəda keçiriləcək sərgilərdə iştirak edəcəklər
# 15 avqust 2008 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə yerli iş adamları bu ilin oktyabr ayında Türkiyənin İstanbul və Trabzon şəhərlərində keçiriləcək sərgilərdə iştirak edəcəklər.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, hazırda oktyabrın 14-18-də Tabzonda keçiriləcək «Aqroweek-2008», oktyabrın 20-24-də İstanbulda keçiriləcək «Musiad iş forumu», oktyabrın 21-25-də «Medist-2008» sərgilərində yerli iş adamlarının iştirakının təşkil edilməsi məqsədilə hazırlıq işləri aparılır. Adı çəkilən sərgilərdə 70 nəfərə yaxın iş adamının iştirakı nəzərdə tutulur. Sərgilərdə iştirak edən iş adamlarının böyük hissəsini regionlarda fəaliyyət göstərən sahibkarlar təşkil edəcək. Bu da, bölgələrdə fəaliyyət göstərən iş adamlarının xarici ölkələrə çıxışının təmin edilməsi, onların yeni texnika və texnologiya əldə etmələrinə köməklik göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR