Gələn həftə Bakıda üç beynəlxalq tibbi sərgi keçiriləcək

Gələn həftə Bakıda üç beynəlxalq tibbi sərgi keçiriləcək
# 16 sentyabr 2008 14:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Bu ilin sentyabr ayının 24-27-də Bakıda Böyük Britaniyanın «İTE Group» sərgi şirkəti və onun Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkətinin birgə təşkilatçılığı ilə XIV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (BİHE-2008) keçiriləcək.
«İteca Caspian»ın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sərgiyə dünyanın 19 ölkəsinin 100 şirkəti qatılacaq. Beynəlxalq tədbirdə Azərbaycanın «Caspident», «Labservis», Türkiyənin «AKGUN Kompüterləri», «Bonmed», «Kurt&Kurt», Almaniyanın HEEL, Rusiyanın «İntelfarm», «MSM-Medical» ABŞ-ın «Blend-a-med», Latviyanın «AuroBalt», Hindistanın «NEJ Biotech», Çinin «Mindray» şirkəti, Belarusun «Borisov Zavodu» və s. təşkilatların nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, BİHE-2008 ilə yanaşı sentyabrın 24-dən 27-dək ölkədə III Azərbaycan Beynəlxalq Stomatologiya və II Beynəlxalq Gözəllik və Tibbi Estetika sərgiləri də keçiriləcək. Sərgilərdə tibbi və texniki avadanlıqların son modelləri nümayiş olunacaq.
Hər üç sərgi Azərbaycan Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Stomatoloji Assosiasiyasının rəsmi dəstəyi ilə keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR