«ITE Group» Azərbaycanın bölgələrində yeni ixtisaslaşmış sərgilər keçirmək niyyətindədir

«ITE Group» Azərbaycanın bölgələrində yeni ixtisaslaşmış sərgilər keçirmək niyyətindədir
# 17 sentyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkəti yaxın perspektivdə Azərbaycanın bir neçə regionunda iqtisadiyyatın müxtəlif sahələri üzrə sərgilər keçirmək niyyətindədir. Bu barədə «APA-Economics»ə «Iteca Caspian» şirkətinin direktor müavini Bəhruz Hidayətzadə məlumat verib.
«Biz ölkənin regional bazarlarını inkişaf etdirməyə çalışırıq və gələn həftə Gəncədə keçiriləcək ikinci infrastruktur sərgisi yalnız başlanğıcdır. Ölkənin regionları sərgilərin keçirilməsinin şərtlərinə cavab vermir. Lakin Azərbaycanın regionları sürətlə inkişaf etməkdədir və məhz bu, bizə imkan verəcək ki, gələcəkdə ölkənin digər şəhərlərində də sərgilər keçirək», - deyə B.Hidayətzadə vurğulayıb.
«ITE Group» şirkətinin nümayəndəsi Edvard Strun (Edvard Stroon) isə bildirib ki, sərgi keçirilməmişdən öncə şirkət sərginin kommersiya imkanlarını və yerli strukturların müraciətlərini nəzərdən keçirir: «Biz səbirsizliklə «Iteca Caspian» şirkətindən Azərbaycanın digər şəhərlərində sərgilərin keçirilməsinə dair təkliflər gözləyirik».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR