Azərbaycan Meksika və Hollandiyada biznes-forum keçirməyə planlaşdırır

Azərbaycan Meksika və Hollandiyada biznes-forum keçirməyə planlaşdırır
# 08 oktyabr 2008 11:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) bir sıra tədbir keçirəcək. «APA-Economics»in məlumatına görə, bunu Azpromo-nun prezidenti Emil Məcidov bildirib.
E.Məcidovun sözlərinə görə, cari ilin sonunadək təxminən 6-7 tədbir keçirəcəyik: «Planlara əsasən, noyabrın əvvəlində Meksika, həmçinin Hollandiya və digər ölkələrlə biznes-forumların keçirməyə nəzərdə tutmuşuq ki, artıq bir sıra şirkətlər bu tədbirə qatılmaq istədiyini bildirib».
Qeyd edək ki, Azpromo 2003-cü ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələrindən ibarət 92 nəfər daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR