Bu il Azərbaycanda 143 səhmdar cəmiyyəti investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilib

Bu il Azərbaycanda 143 səhmdar cəmiyyəti investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilib
# 08 noyabr 2008 07:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 143 səhmdar cəmiyyəti investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilib. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) APA-ya verilən məlumata görə, müsabiqənin şərtlərinə əsasən, həmin səhmdar cəmiyyətlərinə 15 mln. manata yaxın investisiyanın yatırılması planlaşdırılır. Keçirilən müsabiqələr üzrə dövlət büdcəsinə 7 mln. manata yaxın vəsaitin ödənilməsi və 1100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Bundan başqa, cari il ərzində investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 12 müəssisə üzrə sahiblik hüququ alıcılara keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR