Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi son bir ildə 30% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi son bir ildə 30% artıb
# 20 noyabr 2008 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə 2 669,2 mln. manatlıq və ya ötən ilin analoji dövrü ilə müqayisədə 29,7% çox pullu xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 66,4%-ni özəl sektorun müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2007-ci ilin müvafiq dövrünün səviyyəsini 25,9% üstələyərək 1 976,6 mln. manata çatıb.
Cari ilin ilk 9 ayında da Azərbaycan bölgələrində xidmət sektoru dinamik inkişaf edib və əhaliyə göstərilən pullu xidmətlərin həcminə dair göstərici ilin eyni dövrünün göstəricilərini üstələyib. Belə ki, 2007-ci ilin 9 ayı ilə müqayisədə pullu xidmətin həcmi Bakı şəhəri üzrə 27,9%, Aran iqtisadi rayonu üzrə 27,8%, Gəncə-Qazax iqtisadi rayonu üzrə 47,1%, Lənkəran iqtisadi rayonu üzrə 26,6%, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 36,2%, Abşeron iqtisadi rayonu üzrə 37%, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 40,5%, Naxçıvan iqtisadi rayonu üzrə 16%, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 27,9%, Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə 25,1% artıb. Abşeron, Xızı Sumqayıt, Göygöl, Qazax, Samux, Gəncə, Qəbələ, Şəki, Cəlilabad, Xaçmaz, Quba, Qusar, Ağcabədi, Biləsuvar, Göyçay, İmişli, Kürdəmir, Şamaxı rayonlarında (şəhərlərində) pullu xidmətin artım sürəti orta respublika göstəricisindən (29,7%-dən) yüksək olub. Ölkənin digər regionlarında isə bu artım orta respublika göstəricisindən aşağı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR