«Azersun Holding»in məhsulları Daşkənddə keçirilən Beynəlxalq «Çay və qəhvə» festivalında nümayiş olunub

«Azersun Holding»in məhsulları Daşkənddə keçirilən Beynəlxalq «Çay və qəhvə» festivalında nümayiş olunub
# 04 dekabr 2008 14:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanın «Azersun Holding» Şirkətlər Qrupunun məhsulları Daşkənddə (Özbəkistan) keçirilən III Beynəlxalq «Çay və qəhvə» festivalında nümayiş olunub. Bu barədə «APA-Economics»ə «Azersun Holding» Şirkətlər Qrupunun mətbuat xidmətindən məlumat verilib.
Sərgidə Azərbaycanla yanaşı Almaniya, Rusiya, Ukrayna, şirkətləri öz məhsulları ilə təmsil olunub.
Tədbir zamanı «Azersun Holding»in məhsulları müsabiqənin ən yüksək mükafatına layiq görülüb.
Tədbirin son günü «Azərsun Holding» Şirkətlər Qrupunu təmsil edən nümayəndə heyəti Daşkənddəki Uşaq Evində olaraq ora humanitar yardım təqdim edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR