ASK: Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi yaxın iki ildə 2 dəfə artacaq

ASK: Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi yaxın iki ildə 2 dəfə artacaq
# 12 dekabr 2008 13:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcminin yaxın 1-2 il ərzində 1 mlrd. ABŞ dollarına çatacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Ələkbər Məmmədov bildirib.
Ə.Məmmədovun sözlərinə görə, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 405 mln. dollar təşkil edib: «Lakin bu kifayət qədər deyil. Belə ki, hər iki ölkənin imkan və potensialı daha genişdir. Bu istiqamətdə iki ölkənin iş adamları arasında görüşlərin keçirilməsi nəzərdə tutulub».
Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetovun sözlərinə görə isə, ticarət dövriyyəsinin həcmini 1 mlrd. dollara çatması asan olmayacaq. Belə ki, dünyada müşahidə olunan maliyyə böhranı bu məsələni bir qədər ləngidə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR