Azərbaycan İnvestisiya Şirkəti və USAID Qubada investisiya konfransı keçirib

Azərbaycan İnvestisiya Şirkəti və USAID Qubada investisiya konfransı keçirib
# 15 dekabr 2008 15:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi Sektorlararası Rəqabətə Dəstək Proqramı (PSCEP) ilə birlikdə Qubada investisiya konfransı keçirib.
AİŞ-dən «APA-Economics»ə verilən məlumata görə, konfransda 20-dən çox şirkətin nümayəndəsi iştirak edib. Tədbirdə həmçinin AİŞ, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, USAID, PSCEP, Beynəlxalq Maliyyə Korporasiyası və «Dəvəçi Broyler» tərəfindən təqdimatlar nümayiş olunub.
Gələn il ərzində AİŞ, USAID-in icraçı tərəfdaşı olan «Chemonics International» ilə birlikdə Azərbaycanın digər bölgələrində də analoji konfranslar keçirməyi nəzərdə tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR