"Azərbaycan İnvestisiya Şirkəti" və "OurCrowd" memorandum imzalayıblar

"Azərbaycan İnvestisiya Şirkəti" İsrailin "OurCrowd" şirkəti  ilə Anlaşma Memorandumu imzalayıb

© APA | "Azərbaycan İnvestisiya Şirkəti" İsrailin "OurCrowd" şirkəti  ilə Anlaşma Memorandumu imzalayıb

# 30 iyul 2021 09:49 (UTC +04:00)

"Azərbaycan İnvestisiya Şirkəti" İsrailin "OurCrowd" şirkəti ilə Anlaşma Memorandumu imzalayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, memorandum əsasında startap layihələrinə sərmayə yatırımları və İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübələrinin ölkəyə transferi həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan Respublikası dövlətinə məxsusdur. Şirkət İqtisadiyyat nazirinin sədrliyi ilə Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in başlıca iqtisadi məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR