Azərbaycan Qətərdə Ticarət Evi açmaq niyyətindədir

Azərbaycan Qətərdə Ticarət Evi açmaq niyyətindədir
# 08 sentyabr 2021 11:10 (UTC +04:00)

Qətərdə Azərbaycan Ticarət Evinin yaradılması nəzərdə tutulur.

APA-Economics” İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu məsələyə nazir Mikayıl Cabbarovla Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşü zamanı toxunulub.

M. Cabbarov bildirib ki, ticarət-investisiya əməkdaşlığı Azərbaycan-Qətər tərəfdaşlığının əsas istiqamətlərindəndir. Ölkələrin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur. İş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır.

Həmçinin qeyd olunub ki, “Investment Roadshow” tədbirinin təşkili, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi və digər tədbirlər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.

Görüşdə Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, sənaye zonalarının, Ələt Azad İqtisadi Zonasının logitsika imkanları diqqətə çatdırılıb.

Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində, Qətər şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı ilə bağlı həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR