Azərbaycan və Qətər iqtisadi əlaqələri müzakirə edib - FOTO

Azərbaycan və Qətər iqtisadi əlaqələri müzakirə edib - FOTO
# 07 sentyabr 2021 17:25 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

M. Cabbarov bildirib ki, görüşdə ölkələr arasında ikitərəfli iqtisadi əlaqələr dəyərləndirilib, ortaq maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Səmərəli müzakirələr zamanı Qətər şirkətlərini işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsinə dəvət etdik”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR