Azərbaycanda daha 21 dövlət müəssisəsi özəlləşdiriləcək

Azərbaycanda daha 21 dövlət müəssisəsi özəlləşdiriləcək
# 21 sentyabr 2021 12:11 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 12 və 19 oktyabr tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, oktyabrın 12-də keçiriləcək hərraca 14 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 19 oktyabrda təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi çıxarılacaq.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR