Azərbaycanda əksər karxanaların fəaliyyəti düzgün istismar olunmadığına görə dayandırılıb

Azərbaycanda əksər karxanaların fəaliyyəti düzgün istismar olunmadığına görə dayandırılıb
# 25 iyun 2021 13:02 (UTC +04:00)

Bu il fəaliyyət göstərən əksər karxanaların fəaliyyəti dayandırılıb, buna da əsas səbəb yataqların düzgün istismar olunmamasıdır.

"APA-Economics" xəbər verir ki, bunu Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının sədri Niyaməddin İsgəndərov "Qum və Çınqıl İstehsalçıları Biznes Forumu" çərçivəsində çıxış edərkən deyib.

O, Quba rayonundakı yataqları buna misal olaraq gətirib. Belə ki, Qubada elə yataqlar var ki, onların istismarı ciddi ekoloji problemlərə gətirib çıxara bilər.

"Lakin elə yataqlar da var ki, uzun müddətdir onlara toxunulmur. Son iki il ərzində sahibkarlar müəyyən maddi-texniki baza formalaşdırıb və hazırda istehsal müəssisələri qurublar. Amma mövcud qaydaların birbaşa hamıya şamil olunmağı, sahibkarlarda həm maddi, həm də mənəvi baxımdan sıxıntılar yaradır. Ümumilikdə, ölkə üzrə karxanaların bağlanılması ciddi sosial problemlərə səbəb ola bilər", - deyə N. İsgəndərov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR