Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanılıb

Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanılıb
# 21 may 2021 18:43 (UTC +04:00)

Startap şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyə (KOBİA) 6 müraciət daxil olub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, mövcud normalara uyğun 5 startap mikro və kiçik sahibkarlıq subyekti Şuranın müzakirəsinə təqdim edilib.

Şura bəlli meyarlar əsasında səs çoxluğu ilə 3 startapa "Startap şəhadətnaməsinin verilməsi haqqında rəy verib.

Mövcud qaydalara görə, şəhadətnamə alan startaplar əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR