Azərbaycanın ictimai iaşə dövriyyəsi III rübdə kəskin artıb

Azərbaycanın ictimai iaşə dövriyyəsi III rübdə kəskin artıb
# 03 noyabr 2021 13:40 (UTC +04:00)

Bu ilin III rübündə Azərbaycanın ictimai iaşə dövriyyəsi illik və rüblük ifadədə artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, iyul-sentyabr aylarında ölkənin ictimai iaşə dövriyyəsinin həcmi 264 233,9 min manat təşkil edib ki, bu da ötən ilin III rübü ilə müqayisədə 65,9% çoxdur. Cari ilin II rübü ilə müqayisədə isə bu göstərici 15,5% artıb.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ictimai iaşə dövriyyəsi illik ifadədə 15,9% artaraq 631 064,3 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR