Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlığa dair yol xəritəsi hazırlana bilər

Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlığa dair yol xəritəsi hazırlana bilər
# 03 noyabr 2021 13:14 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Belarusla Azərbaycan arasında ticarət dövriyyəsi 350 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 30% çoxdur.

"APA-Economics"in BELTA-ya istinadən verdiyi xəbərə görə, bunu Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyevlə görüşü çərçivəsində deyib.

Onun sözlərinə görə, ötən il ölkələr arasında ticarət dövriyyəsinin ümumi həcmi 447 mln. dollar təşkil edib ki, bu da əhəmiyyətli göstəricidir.

"Sizin ölkəniz bizim belə dövriyyəmiz olan 15 ölkə arasındadır", - deyə V. Andreyçenko qeyd edib.

Nümayəndələr Palatasının sədrinin sözlərinə görə, ölkələr sənaye kooperasiyası, kənd təsərrüfatı, təhsil, mədəniyyət, idman, turizm sahələrində də qarşılıqlı əlaqələri intensivləşdirə bilər.

"Düşünürəm ki, biz belə bir yol xəritəsi hazırlasaq, bu, çox vacib olardı", - deyə V. Andreyçenko vurğulayıb.

Öz növbəsində, Ü. Baxşəliyev ikitərəfli iqtisadi əlaqələrin prioritet istiqamətlərini, xüsusilə maşınqayırma və kənd təsərrüfatı sektoru kimi sahələri qeyd edib.

O, həmçinin ölkələr arasında parlamentlərarası səviyyədə əməkdaşlığın intensivləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

"Mən parlamentlərarası qrupla görüşmək, onun bütün üzvlərini daha yaxından tanımaq və onun işini aktivləşdirmək istərdim", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR