"AzerGold" 5 illiyinə həsr olunmuş videoçarx təqdim edib - VİDEO

"AzerGold" 5 illiyinə həsr olunmuş videoçarx təqdim edib - VİDEO
# 01 noyabr 2021 12:28 (UTC +04:00)

"AzerGold" QSC-nin beşillik yubileyinə həsr olunmuş videoçarx hazırlanıb.

"AzerGold" – Yüksək dəyər meyarı!" şüarı ilə təqdim olunan videoçarx Səhmdar Cəmiyyətin ötən 5 il ərzində ölkənin dağ-mədən sənayesinin inkişafı ilə bağlı əldə etdiyi nailiyyətləri, eləcə də ətraf mühitin mühafizəsi, sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakterli tədbirlər, fəaliyyət göstərdiyi bölgələrdə yaşayan ailələrin qayğı ilə əhatələnməsi istiqamətində reallaşdırdığı layihələri bədii üslubda, ümumiləşdirilmiş formada əks etdirir.

Qeyd edək ki, "AzerGold" QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamına uyğun olaraq 5 iyul 2016-cı il tarixində təsis edilib.

Cəmiyyət əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, o cümlədən hasilat, emal, rəqabətədavamlı məhsulların istehsalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, eləcə də bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

© APA | "AzerGold"un 5 illik fəaliyyətinə dair videoçarx

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR