Bakı sakinləri bu il ödənişli xidmətlərə 3,2 mlrd. manat xərcləyib

Bakı sakinləri bu il ödənişli xidmətlərə 3,2 mlrd. manat xərcləyib
# 03 noyabr 2021 11:38 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,6% artaraq 3 167,9 mln. manat olub.

"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 816,2 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 88,9%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR