BDU-da biznes inkubasiya mərkəzi yaradılacaq

BDU

© APA | BDU

# 12 iyul 2021 11:45 (UTC +04:00)

Yaxın gələcəkdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Bakı Dövlət Universitetinin (BDU) nəzdində biznes inkubasiya mərkəzi yaradılacaq.

"APA-Economics" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumla BDU arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalama mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, sözügedən mərkəz universitet və biznes dünyası arasında işgüzar körpünün yaradılmasına, eləcə də gənclərin iş həyatına hazırlanmasına töhfə verəcək.

"Ümidvaram ki, Bakı Dövlət Universiteti ölkənin flaqman təhsil ocağı olduğu kimi, biznesləri də səmərəli münasibətlərin inkişafı baxımından özünəməxsus lider mövqeyini quracaq", - deyə O. Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR