"Bizim Süfrə" "Atalar festivalı"nda - VİDEO

"Bizim Süfrə" "Atalar festivalı"nda - VİDEO
# 07 sentyabr 2021 11:02 (UTC +04:00)

19 avqustda "Moms Union" təşkilatçılığı ilə və "Bizim Süfrə"nin dəstəyi ilə ilk "Atalar festivalı" baş tutub. Festivalın əsas məqsədi ataların övlad tərbiyəsi və inkişafına marağını artırmaq və onları bu proseslərdə aktiv iştiraka səsləmək idi.

Tədbirdə valideynlər və uşaqlar üçün xüsusi yoqa və meditasiya guşəsi, təlim və konsultasiya sektoru, yarış və xüsusi maraqlı məhsullardan ibarət stendlər var idi.

Tədbirdə valideynlər üçün ilk dəfə beynəlxalq mütəxəssis tərəfindən uşaq təhlükəsizliyi ilə bağlı təlim keçirilərkən uşaqlara yoqa və meditasiya dərsləri verilirdi. Həmçinin atalar və uşaqlar üçün xüsusi əyləncəli oyunlar keçirildi. Oyun stendlərindən birində "Bizim Süfrə" markasının uşaqlar üçün nəzərdə tutulmuş qatqısız ketçupları ilə ataların maraqlı yarışı baş tutdu. Yarışın qaliblərinə "Bizim Süfrə" məhsullarından ibarət hədiyyələr təqdim olundu.

Qeyd edək ki, "Moms Union" artıq 3 ildir fəaliyyət göstərir. Bu müddət ərzində uşaq inkişafı və sağlamlığı ilə bağlı 5 konfrans (toplamda 1 800 iştirakçı), qadın sağlamlığı ilə bağlı 7 seminar (toplamda 400 iştirakçı) 150 mindən çox ananı əhatə edən 3 beynəlxalq südvermə layihələri, və "Qadınların peşə inkişafı" ilə bağlı 5 qadına təhsil layihəsi həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR