Elektromobillər bazarında tarixin ən böyük sifarişi qeydə alınıb

Elektromobillər bazarında tarixin ən böyük sifarişi qeydə alınıb
# 25 oktyabr 2021 17:56 (UTC +04:00)

Dünyanın ən qədim avtomobil icarəsi şirkətlərindən biri hesab edilən ABŞ-ın "Hertz Global Holdings Inc" şirkəti "Tesla"dan 100 min elektrikli avtomobil sifariş edib.

"APA-Economics"in xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən yazır.

Xatırladaq ki, cəmi dörd ay əvvəl "Hertz" iflasdan çıxdığını elan etmişdi.

Agentliyin məlumatına görə, sözügedən sifariş şirkətin icarəyə götürdüyü avtomobil parkının elektrikləşdirilməsi planının həyata keçirilməsində ilk addımdır.

Anonimlik şərti ilə agentliyə sövdələşmədən xəbəri olan şəxslər bildiriblər ki, elektromobil bazarında ən böyük satınalma "Tesla"ya təxminən 4,2 mlrd. dollar mənfəət gətirəcək.

Sifariş olunan elektromobillərin qarşıdakı 14 ay ərzində təhvil verilməsi planlaşdırılır və onları şirkətin ABŞ və bir sıra Avropa ölkələrindəki ofislərdən icarəyə götürmək mümkün olacaq. Layihə çərçivəsində elektromobil kirayəçiləri yaxın gələcəkdə yaradılacaq "Hertz" infrastrukturunun yanında "Tesla"nın şarj nöqtələrindən də istifadə edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR