Mikayıl Cabbarov bu il qeyri-neft sənayesindən 20%-lik artım gözləyir

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 15 noyabr 2021 12:19 (UTC +04:00)

Bu ilin sonuna Azərbaycanın qeyri-neft sənayesinin ölkə sənayesindəki payının 64% səviyyəsində olacağı proqnozlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, qeyri-neft sənayesi – Azərbaycan iqtisadiyyatının əsas drayverlərindən biridir.

"Son üç ildə artım dayanıqlı olaraq 10%-in üstündədir. Bu ilin sonuna 20%-lik artım gözləyirik ki, bu da nəticə etibarilə qeyri-neft sənayesinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin davamlı şəkildə artması deməkdir", - M. Cabbarov qeyd edib.

Xatırladaq ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 mlrd. manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 20% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR