Nazir müavini: "Pandemiya Rusiya və Azərbaycan üçün konsolidasiya nöqtəsi oldu"

Dmitri Volvaç

© APA | Dmitri Volvaç

# 23 iyul 2021 14:27 (UTC +04:00)

Rusiyanın iqtisadiyyat nazirinin müavini Dmitri Volvaç bu gün Bakıda təşkil olunan Rusiya şirkətlərinin işgüzar missiyasının yekunlarına dair jurnalistlər üçün keçirilən brifinqdə sözügedən missiyanın əhəmiyyətindən danışıb.

"APA-Economics"in məlumatına görə, o, Rusiya ilə Azərbaycan arasındakı işgüzar əlaqələri, uzunmüddətli, etibarlı, qarşılıqlı və faydalı olduğunu qeyd edib.

"Dünya ölkələrinin iqtisadiyyatlarına həqiqətən təsir edən son pandemiya ili ölkələrimiz üçün, fikrimcə, konsolidasiya nöqtəsi, iqtisadi əlaqələrin yenidən qurulması üçün başlanğıc nöqtə oldu. Biz ölkələrimizin iqtisadiyyatlarının bir-birinə necə bağlı olduğunu və bir-birləri üçün nə qədər əhəmiyyətli olduqlarını, əvvəllər yaratdığımız və indi yeni texnologiyalar və yeni yanaşmalardan istifadə edərək yaradacağımız kooperasiya nöqtələrinin nə qədər vacib olduğunu anladıq. Hesab edirəm, bugünkü tədbir işgüzar cəmiyyətlərimiz arasında yeni keyfiyyətli qarşılıqlı fəaliyyət səviyyəsində olan növbəti bir addımdır", - deyə nazir müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR