TİM: Son 21 ildə Türkiyənin Azərbaycana ixracı 8 dəfədən çox artıb

TİM: Son 21 ildə Türkiyənin Azərbaycana ixracı 8 dəfədən çox artıb
# 07 iyun 2021 11:30 (UTC +04:00)

Türkiyənin Azərbaycana ixracı 2000-2020-ci illərdə 8 dəfədən çox artıb.

"APA-Economics" xəbər verir ki, bunu Türkiyə İxracatçılar Məclisinin (TİM) prezidenti İsmail Gülle virtual ticarət heyətinin 71-ci görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, əgər 2000-ci ildə ixracın həcmi 230 mln. ABŞ dolları təşkil edirdisə, 2020-ci ildə bu rəqəm 2 mlrd. dolları ötüb.

"Türkiyə Azərbaycanın ikinci böyük ticarət tərəfdaşıdır. Azərbaycana ixracatımızın ən çox artdığı sektorlardan biri müdafiə və aviasiya sektorudur. Bu sektorda 194% artımla 261 mln. dollara çatıb. Bu ilin ilk dörd ayında sözügedən sektorun ixracı 117,3 mln. dollara çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1 233,8% artıb", - deyə İ. Gülle qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR