Türkdilli ölkələrin iş adamları Qarabağda quruculuq işlərinə qatılacaq

Türkdilli ölkələrin iş adamları Qarabağda quruculuq işlərinə qatılacaq
# 10 sentyabr 2021 14:26 (UTC +04:00)

Türkdilli dövlətlərin iş adamları Qarabağda quruculuq işlərinə qatılacaqlar.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdat Amreyev deyib.

Onun sözlərinə görə, sevindirici haldır ki, biz Azərbaycanın dövlət başçısına verdiyimiz sözü tutduq: "Bu gün bu məsələyə dair böyük biznes forum keçiriləcək və hesab edirəm, bizim iş adamlarımız Qarabağın inkişaf prosesində önəmli rol oynayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR