"United Airlines" peyvənd olunmayan 600-dək əməkdaşını işdən çıxaracaq

"United Airlines" peyvənd olunmayan 600-dək əməkdaşını işdən çıxaracaq
# 29 sentyabr 2021 15:36 (UTC +04:00)

ABŞ-ın "United Airlines" aviaşirkəti daxili bir məktubda ABŞ-da çalışan 67 min işçisinin demək olar ki, hamısının COVID-19 əleyhinə peyvənd edildiyini açıqlayıb. Lakin şirkətin 593 işçi peyvənd olunmaqdan imtina edib və aviaşirkət onlara qarşı işdən azad edilmə proseduruna başlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "The Wall Street Journal"yazır.

Məlumata görə, aviaşirkət avqustun əvvəlində ABŞ-da şalışan bütün işçiləri üçün məcburi peyvənd tələbini irəli sürüb. Peyvəndlə bağlı son tarix sentyabrın 27-i müəyyən edilmişdi. Lakin bu müddət ərzində şirkətin 593 işçisi peyvənd olunmayıb, onlardan 20-si pilot, 100-dən azı isə stüardessadır. Bundan əlavə, təxminən 2 min işçi tibbi və ya dini səbəblərə görə peyvənd olunmaqdan azad edilib. Həmin işçilər oktyabrın 15-dən etibarən ödənişsiz məzuniyyətə göndəriləcək. Bu arada, "United Airlines" tətilə göndərilməsindən narazı qalan və ayrı-seçkilik adlandıran bəzi işçilərin iddialarına məhkəmədə etiraz edir.

Eyni zamanda, aviaşirkətin rəhbərliyi bildirib ki, işdən çıxarılmağa hazırlaşan 593 işçi öz işinə qayıda bilər. Bunun üçün onlar sadəcə peyvənd olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR