"Volvo"nun satışları ötən ay kəskin azalıb

"Volvo"nun satışları ötən ay kəskin azalıb
# 04 oktyabr 2021 13:04 (UTC +04:00)

Çinin "Geely" avtomobil şirkətinə məxsus olan "Volvo Car Group"un satışları sentyabr ayında 30% azalaraq 47 223 avtomobilə enib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, İsveçdə yerləşən şirkətin açıqlamasında bildirilir ki, istehsalda azalmasına qlobal çip çatışmazlığı səbəb olub.

Şirkətin təkcə Avropada satışları 41,5%, ABŞ-da isə 9% azalıb.

Məlumatda həmçinin bildirilir ki, "Volvo"nun satışlarının azalmasına baxmayaraq, şirkətin məhsullarına tələbat yüksək olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR