Yanvar-iyul aylarında «Qaraçuxur» yatağından neft hasilatı 59% artıb
26 avqust 2008 11:24 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın quru sahəsində yerləşən «Qaraçuxur» yatağından 2008-ci ilin yanvar-iyul ayları ərzində 8,9 min ton həcmində neft hasil olunub. Bu da 2007-ci ilin analoji 7 aylıq göstəricisindən 58,9% çoxdur. Təkcə iyul ayında yataqda 1,2 min ton neft hasil olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Qeyd edək ki, «Qaraçuxur» yatağının işlənməsinə dair saziş 2004-cü ilin iyununda ARDNŞ-la Çinin «Noble Sky» şirkəti arasında imzalanıb. Müqaviləyə əsasən, ARDNŞ-in iştirakı payı 25%, «Noble Sky»ın payı isə 75% təşkil edir. Yataq Bakının 15 km-də yerləşir və 1928-ci ildən işlənir. İstismara başlandıqdan sonra yataqda 36 mln. ton neft hasil olunub. Yatağın istismar fondu 121 quyudan ibarətdir ki, bunun da 45-i işçi vəziyyətindədir. Yatağın qalıq ehtiyatları 5,645 mln. ton neft təşkil edir. Quyuların sulanması 97,9% təşkil edir.
Xatırladaq ki, bu saziş ölkə parlamenti tərəfindən 2005-ci il aprelin 29-da ratifikasiya olunub.

Sənaye və energetika
"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib
17:51
10 may 2024
BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə xərcləri azalıb
14:05
10 may 2024
Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri kəskin azalıb
13:09
10 may 2024
BTC istismara veriləndən 570 mln. tona yaxın neft nəql edilib
12:55
10 may 2024